Çanaqqalada baş verən zəlzələ İstanbulda da hiss olunub - YENİLƏNİB

Çanaqqalada baş verən zəlzələ İstanbulda da hiss olunub - YENİLƏNİB
# 04 mart 2024 22:59 (UTC +04:00)

Türkiyənin Çanaqqala vilayətinin Yenicə rayonunda 4,9 bal gücündə zəlzələ olub.

APA xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, zəlzələ ocağı yerin 10,44 kilometr dərinliyində olub.

Daxili işlər naziri Ali Yerlikaya bildirib ki, hazırda heç bir neqativ hal yoxdur.

***

Saat 22:45

İstanbulda zəlzələ olub.

APA xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, zəlzələ bir sıra ərazilərdə hiss edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR