Koreya Xalq Demokratik Respublikası Cənubi Koreyaya hücum etməkdə və ya Koreya yarımadasını zorla birləşdirməkdə maraqlı deyil.
APA xəbər verir ki, bunu Şimali Koreya prezidenti Kim Çen In Koreya Mərkəzi Teleqraf Agentliyinə müsahibəsi zamanı deyib.
Oktyabrın 7-də KXDR lideri Milli Müdafiə Universitetinin yaranmasının 60 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edib.
“Düzünü desəm, Koreya Respublikasına hücum etmək fikrimiz belə yoxdur. Mən bu insanlarla üz-üzə dayanmaq belə istəmirəm”, - deyə Şimali Koreya lideri bildirib.