Şimali Koreya nüvə qüvvələrini modernləşdirməli və nüvə silahlarının istehsalını artırmalıdır.
APA xəbər verir ki, bunu KXDR Ali Xalq Məclisinin 9-cu sessiyasında çıxış edən ölkə lideri Kim Çen In deyib.
"Ən mühüm vəzifə nüvə silahı qüvvələrinin keyfiyyət və kəmiyyət baxımından sürətlə gücləndirilməsidir", - deyə o bildirib.
Kim Çen In nüvə silahlarının müxtəlif qoşun növlərində döyüş növbəsinə qoyulmasını istəyib.
Onun sözlərinə görə, bu istiqamətdə səylər KXDR-ə qarşı nüvə müharibəsi təhlükəsi şəraitində çəkindirmə potensialını reallaşdırmaq üçün lazımdır.