KİV: HAMAS İsmayıl Haniyənin varisini müəyyənləşdirib

HAMAS-ın keçmiş siyasi lideri İsmayıl Haniyə

© APA | HAMAS-ın keçmiş siyasi lideri İsmayıl Haniyə

# 06 avqust 2024 16:15 (UTC +04:00)

İsmayıl Haniyənin varisi Məhəmməd İsmayıl Dərviş HAMAS-ın siyasi qanadına rəhbərlik edəcək.

APA xəbər verir ki, bu barədə "Al-Arabiya" kanalı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildirib ki, Qətərdə yaşayan Məhəmməd İsmayıl Dərviş yeni seçkilər keçirilənə qədər HAMAS-ın siyasi bürosuna rəhbərlik edəcək.

Xatırladaq ki, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə olan İsmayıl Haniyə iyulun 31-də Tehrandakı iqamətgahına raket zərbəsinin endirilməsi nəticəsində həlak olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR