KİV: İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yerləşdirməyəcək

KİV: İsrail əməliyyatdan sonra Qəzzaya qoşun yerləşdirməyəcək
# 03 dekabr 2023 10:10 (UTC +04:00)

Qəzza zolağında quru əməliyyatı başa çatdıqdan sonra İsrail Müdafiə Qüvvələri orada qoşun yerləşdirməyi planlaşdırmır, sərhədə yaxın bufer zonası yaradacaq.

APA xəbər verir ki, bu barədə “The Times of Israel” adı açıqlanmayan İsrail rəsmisinə istinadən xəbər verir.

“Hərbi rəhbərlik Qəzza zolağı ilə sərhəddə müəyyən təhlükəsizlik bufer zonasının yaradılmasını müzakirə edir ki, HAMAS hərbi qüvvələri onun yaxınlığında cəmləşdirə bilməsin” - onun sözlərini nəşrdə sitat gətirir.

“Bu, siyasi addım deyil, təhlükəsizlik tədbiridir. Qəzza zolağından sərhədə bitişik ərazidə qalmağı planlaşdırmırıq”, - deyə o bildirib.

Qəzetin vurğuladığı kimi, İsrailin baş naziri Benyamin Netanyahu səfəri zamanı bu planlarını ABŞ dövlət katibi Antoni Blinkenlə bölüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR