KİV: İsrail gəmiləri Qəzza zolağının sahilini atəşə tutub

KİV: İsrail gəmiləri Qəzza zolağının sahilini atəşə tutub
# 29 noyabr 2023 09:37 (UTC +04:00)

İsrail döyüş gəmiləri bu gün səhər Qəzza zolağının cənubundakı sahil bölgəsini atəşə tutduğunu iddia edir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilib ki, Xan-Yunis şəhəri yaxınlığındakı sahil zolağı İsrail mərmilərinə tuş gəlib. Dəymiş ziyanla bağlı hələlik məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR