İsrailin Qəzza zolağının cənubundakı Xan Yunisdəki fələstinli qaçqın düşərgəsinə endirdiyi hava zərbəsi nəticəsində azı 40 nəfər ölüb, 60 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.
Məlumata görə görə, partlayış yerində dağıntıların təmizlənməsi davam edir və qurbanların sayı arta bilər.
Qeyd edək ki, İsrail ordusu, Hərbi Hava Qüvvələrinin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində humanitar zonanın ortasında yerləşən qərargahda olan HƏMAS hərəkatının bir qrup yüksək vəzifəli fəalına zərbələr endirməsi ilə bağlı məlumat yaymışdı.