KİV: Yaponiya yeni nəsil avtomobillər üçün dünya bazarının üçdə birini tutmaq istəyir

KİV: Yaponiya yeni nəsil avtomobillər üçün dünya bazarının üçdə birini tutmaq istəyir
# 19 may 2024 09:16 (UTC +04:00)

Yaponiya hökuməti avtomobil sənayesinin rəqəmsallaşdırılması üçün yeni strategiyanı təsdiq etmək niyyətindədir, bu strategiya çərçivəsində milli istehsalçılar 2030-cu ilə qədər proqram təminatı ilə müəyyən edilmiş nəqliyyat vasitələri ilə qlobal bazarda 30% paya nail olmağı qarşısına məqsəd qoyacaqlar.

APA xəbər verir ki, bu barədə “Yomiuri” nəşri məlumat yayıb.

Buna nail olmaq üçün hakimiyyət üç sahədə şirkətlər arasında əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır: proqram təminatının inkişafı, avtonom sürücülük və məlumatların istifadəsi. Xüsusilə, Yaponiyanın ən böyük konserni Toyota Motor, Honda Motor və Nissan Motor artıq 2025-ci ildən bu niyyəti reallaşdırmağı düşünür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR