Yerusəlimdə terrorda 2 nəfər ölüb, 7 nəfər yaralanıb - YENİLƏNİB

Yerusəlimdə terrorda 2 nəfər ölüb, 7 nəfər yaralanıb - YENİLƏNİB
# 30 noyabr 2023 11:01 (UTC +04:00)

Yerusəlim şəhərindəki terrorda 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə İsrailin “Magen David Adom” təcili yardım xidməti bildirib.

Şəhərin girişindəki dayanacaqda baş vermiş hadisə zamanı azı bir qadın və yetmiş yaşlarında bir kişi ölüb, 7 nəfər yaralanıb.

Qeyd edək ki, bu gün səhər saatlarında İsrailin Yerusəlim şəhərinin girişində dayanacaqda terror aktı baş verib. Atəşi fələstinlilər açıb, onlardan ikisi polis tərəfindən zərərsizləşdirilib.

***

10:00

İsrail Yerusəlim şəhərində terror hadisəsi olub.

APA RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İsrail televiziyası məlumat yayıb.

Hadisə nəticəsində altı nəfərin yaralandığı bildirilib.

“Times of Israel” isə Yerusəlimin girişində atışma olduğunu yazıb. Atəşi fələstinlilər açıb, onlardan ikisi polis tərəfindən zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR