Kuba Prezidenti 22 il sonra İrana səfər edib

Kuba Prezidenti 22 il sonra İrana səfər edib
# 04 dekabr 2023 10:43 (UTC +04:00)

Kuba Prezidenti Migel Dias-Kanel İranda səfərdədir.

APA "Tasnim"ə istinadən xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi Dias-Kaneli qəbul edib.

Tərəflər danışıqların nəticəsinə uyğun olaraq əməkdaşlıqla bağlı bir sıra saziş və memorandum imzalamağı planlaşdırırlar.

Qeyd edək ki, bu Kuba rəhbərinin İrana 22 il sonra ilk səfəridir. İlk dəfə 2001-ci ildə Fidel Kastro İrana getmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR