Livanda İsrailin hücumları nəticəsində 100-dən çox səhiyyə işçisi həlak olub

Livanda İsrailin hücumları nəticəsində 100-dən çox səhiyyə işçisi həlak olub
# 11 oktyabr 2024 07:16 (UTC +04:00)

İsrailin zərbələri nəticəsində Livanda 100-dən çox səhiyyə işçisi həlak olub.

APA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin tibbi xidmətlər departamentinin direktoru, doktor Cozef El-Helu açıqlama verib.

“Livan Səhiyyə Nazirliyi vəziyyətə nəzarət edir. Cənubda üç dövlət xəstəxanası və bir özəl xəstəxana atışmalara görə fəaliyyətini dayandırıb. Həkimlər fasiləsiz işləyirlər”, - deyə o bildirib.

Onun sözlərinə görə oktyabrın 9-na olan məlumata görə, İsrailin zərbələri başlayandan bəri ölənlərin sayı 2141 nəfərə çatıb.

İsrail ordusu isə mülki insanları hədəf almadığını və hücumların “Hizbullah”ın hədəflərinə yönəldiyini iddia edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR