Liviyada silahlı toqquşmalar nəticəsində 6 nəfər ölüb, 70 nəfər yaralanıb

Liviyada silahlı toqquşmalar nəticəsində 6 nəfər ölüb, 70 nəfər yaralanıb
# 14 may 2025 22:07 (UTC +04:00)

Liviyanın paytaxtı Tripolidə silahlı qarşıdurmalar nəticəsində azı 6 nəfər həyatını itirib, təxminən 70 nəfər yaralanıb.

APA "Libya Press" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tripoli Səhiyyə Departamentinin nümayəndəsi Məhəmməd Əbdül Vahab məlumat yayıb.

Onun sözlərinə görə, həlak olanlar arasında beş silahlı və bir mülki əcnəbi vətəndaş var. Məlumata əsasən, həlak olan mülki şəxs Misir vətəndaşı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR