Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, 70-dən çox insan yaralanıb, ölən var - YENİLƏNİB

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, 70-dən çox insan yaralanıb, ölən var - YENİLƏNİB
# 21 may 2024 22:36 (UTC +04:00)

Sinqapur Hava Yollarına məxsus təyyarədə xəsarət alanların sayı artıb.

APA AFP-yə istinadən xəbər verir ki, hava boşluğuna (türbülans) düşən təyyaraədə 70-dən çox insan yaralanıb.

Onlardan altısının vəziyyəti ağır qiymətləndirilir.

***

Saat 14:38

Sinqapur Hava Yollarına məxsus təyyarə güclü hava boşluğuna (türbülans) düşüb, ölən və xəsarət alanlar var.

APA BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində Londondan Sinqapura uçan təyyarədə bir sərnişin ölüb, 30-dan çox sərnişin yaralanıb.

Bildirilib ki, Sinqapura uçan Boeing 777-300ER Banqkoka yönləndirilib və yerli saatla 15:45-də eniş edib.

Aviaşirkətdən verilən məlumata görə, təyyarədə ümumilikdə 211 sərnişin və 18 ekipaj üzvü olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR