“Rusiya nümayəndə heyəti cümə günü səhər saat 10-dan Ukrayna tərəfini gözləyəcək. Onlar görüşə gəlməlidir.”
APA xəbər verir ki, bunu İstanbulda Ukrayna nümayəndə heyəti ilə görüşəcək Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski deyib.
"Sabah səhər saat 10-dan etibarən biz görüşə gəlməli olan Ukrayna tərəfini gözləyəcəyik. Biz işə hazırıq", - o deyib.
Qeyd edək ki, Rusiya nümayəndə heyətinin tərkibinə 2022-ci ildə danışıqlarında ölkəni təmsil edən Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edir. Nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxildirlər.