Nepalın paytaxtı Katmanduda "Saurya Airlines" şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 18 nəfər ölüb.
APA The Himalayan Times-a istinadən xəbər verir ki, qəza yerli vaxtla saat 11:00 radələrində baş verib. Sərnişin təyyarəsi havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.
Təyyarədə 19 sərnişin olub, onlardan 18 nəfər ölüb. Qəzanın səbəbi barədə məlumat verilmir.
***
11:50
Nepalda göyərtəsində 19 nəfər olan təyyarə qəzaya uğrayıb.
APA-nın “Kathmandu Post” nəşrinə istinadən xəbərinə görə, hadisə nəticəsində hava gəmisinin komandiri yaralanıb.
Axtarış nəticəsində indiyədək yalnız 5 nəfərin meyiti tapılıb.
Hökumətdən xilasetmə işlərinin davam etdirildiyi bildirilsə də, qəzanın səbəbləri ilə bağlı açıqlama verilməyib.