Netanyahu: Heç bir təzyiq İsrailin HƏMAS-ı məğlub etməsinə mane olmayacaq

Netanyahu: Heç bir təzyiq İsrailin HƏMAS-ı məğlub etməsinə mane olmayacaq
# 21 fevral 2024 02:39 (UTC +04:00)

İsrail istənilən halda radikal HƏMAS hərəkatını məğlub etmək üçün Qəzza zolağında qarşıya qoyulan bütün məqsədlərə nail olmaq niyyətindədir.

APA-nın məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“İsrail bütün məqsədlərə nail olmadan müharibəni dayandırmaq üçün daxildə və xaricdə güclü təzyiq altındadır” – hökumət başçısı bildirib.

Bununla belə, Baş nazir əmindir ki, İsrailin yolunda hər hansı maneə bu ölkənin əməliyyatı həyata keçirməsinə mane olmayacaq.

“Biz bütün məqsədlərinə çatana qədər müharibəni davam etdirmək əzmindəyik”, - Netanyahu bildirib.

Onun sözlərinə görə, əməliyyatın məqsədlərinə təkcə HƏMAS-ın məhv edilməsi deyil, həm də oğurlanmış bütün vətəndaşların azad edilməsi və Qəzza zolağının bundan sonra İsrail üçün təhlükə yaratmayacağına zəmanət də daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR