Netanyahuya müdafiə nazirini vəzifəsindən azad etməməyə dair çağırış edilib

Netanyahuya müdafiə nazirini vəzifəsindən azad etməməyə dair çağırış edilib
# 17 sentyabr 2024 14:06 (UTC +04:00)

Özəl sektorda çalışan işçilərin əksəriyyətini təmsil edən İsrail Biznes Forumu Baş nazir Benyamin Netanyahunu müdafiə nazirini işdən çıxarmamağa çağırıb.

APA xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb.

Onlar bu qərarı onsuz da ölkənin müharibədən əziyyət çəkən iqtisadiyyatına daha çox zərər verəcəyi ilə əsaslandırıblar.

Bildirilib ki, “müdafiə naziri Yoav Qallantın vəzifəsindən azad edilməsi İsraili düşmənlərinin gözündə zəiflədəcək və xalqı arasında daha dərin sosial parçalanmalara səbəb olacaq”.

Qeyd edək ki, İsrail mediasında Netanyahunun Yoav Qallantı müxalifətin üzvü olan Gideon Saar ilə əvəz etməyə hazırlaşdığına dair məlumat yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR