Qətər XİN: İsrail 30 fələstinli məhbusu azad edəcək

Qətər XİN: İsrail 30 fələstinli məhbusu azad edəcək
# 29 noyabr 2023 00:01 (UTC +04:00)

İsrail tərəfi Qəzza zolağında humanitar atəşkəsə dair radikal HƏMAS hərəkatı ilə əldə olunan razılaşma çərçivəsində noyabrın 28-də daha 30 fələstinli məhbusu azad edəcək.

APA xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari “X” sosial şəbəkə hesabında bildirib.

“Humanitar atəşkəs sazişinin beşinci günündə götürülmüş öhdəliklərin yerinə yetirilməsi çərçivəsində Qəzzada saxlanılan 10 israilli girovun azad edilməsi müqabilində 30 mülki fələstinli bu gün azad ediləcək”, - deyə əl-Ənsari yazıb.

O qeyd edib ki, azad ediləcək fələstinli məhbusların beşinci qrupuna 15 qadın, o cümlədən 15 uşaq və yeniyetmə daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR