Raket hücumu Yəmən sahillərində üzən gəmidə yanğına səbəb olub

Raket hücumu Yəmən sahillərində üzən gəmidə yanğına səbəb olub
# 22 fevral 2024 13:39 (UTC +04:00)

Raket hücumu Yəmən sahillərində üzən gəmidə yanğına səbəb olub.

APA xəbər verir ki, bu barədə Britaniyanın Dəniz Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, husilərin Ədən körfəzi ilə hərəkət edən gəmiyə raket zərbəsi endirməsi gəminin göyərtəsində yanğına səbəb olub.

"Gəmi iki raketlə hücuma məruz qalıb, nəticədə göyərtəsində yanğın baş verib", - Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları idarəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, koalisiya qüvvələri hücuma müvafiq cavab verir.

Lamiyə Şirinova

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR