Şimali Koreya Cənubi Koreyaya tullantılarla dolu şarlar göndərib

Şimali Koreya Cənubi Koreyaya tullantılarla dolu şarlar göndərib
# 29 may 2024 10:55 (UTC +04:00)

Şimali Koreya Cənubi Koreya tərəfinə məişət tullantıları ilə dolu onlarla şar göndərib.

APA-nın “Yonhap” agentliyinə istinadən xəbərinə görə, şarlara bərkidilmiş torbaların içərisində plastik şüşə, kağız parçaları, eləcə də digər tullantılar olub.

Qeyd edək ki, rəsmi Pxenyan Şimali Koreya əhalisi arasında ölkə əleyhinə vərəqələrin yayılmasına cavab olaraq analoji addımın atılacağının anonsunu hələ mayın 26-da verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR