Şimali Koreya yenidən Cənubi Koreyaya içərisində zibil olan hava balonları göndərib.
APA xəbər verir ki, bu barədə “Yonhap” məlumat verib.
Şimali Koreya yenidən davam etdirdiyi balon kampaniyası çərçivəsində kağız qırıntıları və digər tullantılarla doldurulmuş 190-a yaxın balonun cənuba doğru buraxıldığını, çoxunun Seul və ətraf ərazilərdə tapıldığı bildirib.
Qeyd edilib ki, balonlarda heç bir təhlükəli maddə aşkar edilməyib.