İsrail ordusu Tulkarm şəhərini bombalayıb, HAMAS komandirlərindən biri öldürülüb

İsrail ordusu Tulkarm şəhərini bombalayıb, HAMAS komandirlərindən biri öldürülüb
# 03 avqust 2024 19:58 (UTC +04:00)

İsrail ordusu ordusunun İordan çayının Qərb sahilindəki Tulkarm şəhərinə zərbələri zamanı HAMAS-ın komandirlərindən biri və 4 silahlı zərərsizləşdirilib.

APA-nın “Reuters”ə istinadən məlumatına görə, hadisə onların avtomobilinin raketlə vurulması nəticəsində baş verib.

İkinci raket zərbəsi zamanı isə daha 4 nəfər öldürülüb.

Qeyd edək ki, iyulun 31-də HAMAS lideri İsmail Haniyə Tehranda iqamətgahının raket zərbəsinə məruz qalması nəticəsində qətlə yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR