Tunis prezidenti ölkənin yeni hökumət başçısını təyin edib

Tunis prezidenti ölkənin yeni hökumət başçısını təyin edib
# 08 avqust 2024 05:42 (UTC +04:00)

Tunis prezidenti Qays Səid çərşənbə günü respublikanın yeni hökumət başçısını təyin edib.

APA xəbər verir ki, Tunisin “Afrique Presse” xəbər agentliyinin məlumatına görə, yeni hökumət başçısı, həmin günə qədər sosial işlər naziri vəzifəsini icra edən Kamal Madduri olub.

Beləliklə Madduri Əhməd əl-Həşanidən sonra baş nazir olub. Hökumət başçısının dəyişməsinin səbəbləri barədə məlumat verilmir.

Qeyd edək ki, əl-Həşani 2023-cü il avqustun 1-də vəzifəsinin icrasına başlayıb və bir ildən çox müddətə baş nazir vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR