Türkiyə MSK bələdiyyə seçkilərinin Vandakı nəticələrinə dair yekun qərar qəbul edib

Türkiyə MSK bələdiyyə seçkilərinin Vandakı nəticələrinə dair yekun qərar qəbul edib
# 04 aprel 2024 00:41 (UTC +04:00)

Türkiyə Mərkəzi Seçki Komissiyası (YSK) Vanda üzvlərinin çoxunun kürdlər olduğu DEM Partiyasının namizədi Abdullah Zeydanın 31 martda keçirilən bələdiyyə seçkilərində qalib gəldiyinə dair qərar qəbul edib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu qərarın lehinə yeddi, əleyhinə isə dörd YSK üzvü səs verib.

Qeyd edək ki, daha əvvəl hakim AK Partiyanın etirazı əsasında Van İl Seçki Komissiyası Abdullah Zeydanın "səçilmə hüququna malik olmadığı" səbəbiylə seçkilərdəki əldə etdiyi nəticənin etibarsız olduğuna dair qərar verib.

31 mart 2024-cü ildə keçirilən bələdiyyə seçkilərində DEM Partiyasının namizədi Abdullah Zeydan səslərin 55,4, AK Partiyanın namizədi Əbdüləhəd Arvas isə 27,1 faizini toplayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR