Türkiyənin Malatya vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə edilməsi İdarəsinin (AFAD) açıqlamasına görə, yerli vaxtla saat 01.38-də Malatyanın Pütürge rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.
Yerin 9 kilometr dərinliyində baş verən zəlzələ ətraf vilayətlərdə də hiss olunub.
Dağıntı və insan tələfatı ilə bağlı məlumat verilməyib.