Ərdəbildə Suriyaya dəstək aksiyası keçirilib

Ərdəbildə Suriyaya dəstək aksiyası keçirilib
# 31 avqust 2013 11:11 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. Bu gün İranın Ərdəbil vilayətində Suriyaya dəstək aksiyası keçirilib. APA-nın İRİB-ə istinadən məlumatına görə, piket iştirakçıları kəfən geyinərək Ərdəbil şəhərinin müsəllasından “Sərçeşmə” meydanına qədər yürüş keçiriblər. Onlar “İslam düşmənlərinə aman vermərik”, “Amerikaya ölüm", “İsrailə ölüm”, “Vəhhabiyə ölüm!” və “Ali-Səuda ölüm!” kimi şüarlar səsləndiriblər, həmçinin Suriyadakı Həzrəti Zeynəb (s), Həzrəti Ruqəyyə (s) və islam müqəddəslərinin məqbərələrini müdafiə etməyə hazır olduqlarını bildiriblər. Eyni zamanda piket iştirakçıları İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyidən Suriyaya getmələrinə icazə verməsini istəyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR