Yaponiya Rusiyanın 36 təşkilatına qarşı sanksiya tətbiq edib

Yaponiya Rusiyanın 36 təşkilatına qarşı sanksiya tətbiq edib
# 01 mart 2024 05:34 (UTC +04:00)

Yaponiya Rusiya Federasiyasından olan 12 şəxsə və bu ölkənin 36 təşkilatına qarşı sanksiya tətbiq edib.

APA xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabineti məlumat yayıb.

Xüsusilə Kaluqa vilayətində uşaq hüquqları üzrə müvəkkili İrina Ağayeva, onun Rostov vilayətindən olan həmkarı İrina Çerkasova və Çeçenistan Respublikasında insan hüquqları üzrə müvəkkili Mansur Soltayevlə bağlı məhdudiyyətlər tətbiq edilib.

Sanksiyalar siyahısında Çeçenistan hökumətinin sədri Müslüm Xuçiyev və Rusiya Milli Qəhrəmanı Axmat-Hacı Kadırov adına xüsusi Polis Alayının komandiri, Çeçenistan Daxili İşlər Nazirliyindən Zamid Çalaev də yer alıb.

Məhdudiyyətlər “Artek”in direktoru Konstantin Fedorenko, “Yunarmiya”nın Sevastopoldakı regional bölməsinin aparat rəhbəri Vladimir Kovalenko və vəkil Artem Ussa da şamil olunacaq.

Sonradan məlum oldu ki, Yaponiya hökumətinin sanksiya siyahısına daxil olan təşkilatlar arasında FSUE Atomflot, həmçinin Kalaşnikov, Almaz-Antey, Uralvaqonzavod, Bazalt konserni və Birləşmiş Gəmiqayırma Korporasiyası var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR