Yaponiyanın ən hündür göydələninin tikintisi başlayıb

Yaponiyanın ən hündür göydələninin tikintisi başlayıb
# 30 sentyabr 2023 07:55 (UTC +04:00)

Tokioda Yaponiyanın ən hündür göydələni olacaq binanın tikintisinə başlanılıb.

APA-nın məlumatına görə, bu barədə “Mitsubishi Estate” layihəsinin operator şirkəti məlumat yayıb.

Paytaxtın mərkəzindəki Tokio stansiyasının yanında tikintiyə başlanılıb. Məşəl qülləsi adlanacaq göydələnin hündürlüyünün təqribən 390 m olacağı və tikintisinin 2028-ci ilin mart ayına kimi başa çatdırılacağı gözlənilir. Beləliklə, yeni bina hazırkı rekordçunu - Tokioda da yerləşən 330 m hündürlüyü olan Azabudai Hills binasını keçərək ölkənin ən hündür binası olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR