Yerusəlimdə avtomobillə törədilən terror aktı nəticəsində 3 nəfər yaralanıb

Yerusəlimdə avtomobillə törədilən terror aktı nəticəsində 3 nəfər yaralanıb
# 22 aprel 2024 12:07 (UTC +04:00)

Bu gün səhər saatlarında Yerusəlimdə (Qüdsdə) avtomobillə törədilən terror aktı nəticəsində 3 nəfər yaralanıb.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail polisi məlumat yayıb.
"Bu gün səhər saat 08:00 radələrində Qüdsün Techelet Mordechai küçəsində avtomobil qəzası və üç piyadanın xəsarət alması ilə bağlı məlumat daxil olub. Piyadalar yüngül xəsarətlər alıblar. Lakin avtomobildən çıxan silahlı terrorçular cəhdlərinə baxmayaraq, silahları ilə zərər verə bilməyib və odlu silahlarını yerə ataraq hadisə yerindən qaçıblar", polisin yaydığı məlumatda bildirilib.

Polisin axtarşıları nəticəsində qısa müddət sonra hadisəni törətməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR