Yerusəlimdə silahlı hücum zamanı azı 3 nəfər ölüb, 11 nəfər yaralanıb - YENİLƏNİB

Yerusəlimdə silahlı hücum zamanı azı 3 nəfər ölüb, 11 nəfər yaralanıb - YENİLƏNİB
# 22 fevral 2024 11:50 (UTC +04:00)

Şərqi Yerusəlimdə yerləşən Maale Adumim yaşayış məntəqəsinin yaxınlığında baş vermiş atışma nəticəsində azı 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

APA “Al Jazeera” telekanalına istinadən xəbər verir ki, İsrail polisi 3 silahlının magistral yolda tıxacda qalan avtomobillərə atəş açması barədə məlumat yayıb.

İnsident nəticəsində bir zabitin öldüyünü bildirilir.

İsrail qüvvələri insidenti törədən silahlılardan ikisini öldürüb, üçüncüsü isə həbs edilib.

***

11:03

Yerusəlim ətrafındakı Maale Adumim yaşayış məntəqəsinin yaxınlığından keçən magistral yolda silahlı şəxs atəş açaraq 6 nəfəri yaralayıb.

APA xəbər verir ki, bu barədə İsrailin ictimai yayımçısı “Kan” məlumat yayıb.

Təcili yardım xidmətindən yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilib.

Məlumata görə, insidenti törədən şəxs “neytrallaşdırılıb”.

Lamiyə Şirinova

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR