İstanbulda baş tutacaq Rusiya və Ukrayna danışıqlarının saatı hələ də bəlli deyil.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Rusiya danışıqların saat məsələsi ilə bağlı sadəcə Ukraynaya deyil, bütün tərəflərə qarşı hörmətsizlik edir.
Zelenski Ukrayna heyətinin bü gün və sabah İstanbulda qalacağını da vurğulayıb.
O, görüşün sabah da baş tuta biləcəyini əlavə edərək, hər kəsin Rusiya tərəfinin addımını gözlədiyini bildirib.