Azərbaycan milli komandası Rusiyada təlim-məşq toplanışı keçəcək

Azərbaycan milli komandası Rusiyada təlim-məşq toplanışı keçəcək
# 13 aprel 2009 13:40 (UTC +04:00)
Bakı – APA. Atletika üzrə Azərbaycan milli komandası səfərə hazırlaşır. Bu haqda apasport.az saytına məlumat verən Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib ki, yığmamız Rusiyanın Adler şəhərində təlim-məşq toplanışı keçəcək.

Aprelin 15-də start götürəcək hazırlıq prosesinə 5 idmançı - Valentin Buluçer, Pavel Setin, Teymur Abbasov, Ənvər Zeynalzadə və Murad İbadullayev qatılacaq. Baş məşqçi Məhərrəm Sultanzadənin rəhbərliyi altında gerçəkləşəcək təlim-məşq toplanışı mayın 2-də yekunlaşacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR