Azərbaycanda buza dırmanma üzrə çempionat keçirilir - FOTO

Azərbaycanda buza dırmanma üzrə çempionat keçirilir - <font color=red>FOTO</font>
# 28 yanvar 2011 07:28 (UTC +04:00)
Bakı-APA. Hava və Ekstremal İdman Növləri Federasiyası Gənclər və İdman Nazirliyi ilə birlikdə 28-30 yanvar tarixlərində Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə buza dırmanma üzrə Açıq Azərbaycan Çempionatını keçirir. Bu barədə APA-ya Hava və Ekstremal İdman Növləri Federasiyasından məlumat verilib. Çempionata Rusiya Federasiyasının, Türkiyə və Ukrayna idmançılarının qatılacağı gözlənilir.

Qeyd olunub ki, Azərbaycanda bu kimi yarışların keçirilməsi gələcəkdə idmançıların buza dırmanma texnikasını təkmilləşdirməyə, müxtəlif ölkələrin bu sahədə təcrübələrini öyrənməyə, eyni zamanda beynəlxalq alpinizm, qayaya dırmanma və buza dırmanma təşkilatları ilə Federasiyanın əlaqələrinin daha da genişləndirilməsinə və yarışların beynəlxalq tələblər səviyyəsində keçirilməsinə şərait yaradacaq.
Yarışda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının “Dağ hazırlığı məktəbi”, Respublika Alpinist Turist Klubu, Bakıdan “Ekosport”, “A+A”, “Climb-club”, “Bakı Dövlət Universiteti”, Memarlıq və İnşaat Universitetinin “Edelveys”, “Qərb Universitetinin idman klubu”, Azərbaycan Turizm İnstitutunun “AMEAST”, Qusardan “Salavat”, “Qusar” və “Zirvə”, İsmayıllıdan “Babadağ” klublarının 60 nəfərə yaxın idmançısı iştirak edəcək.
2 turdan ibarət yarışın 29 yanvarda keçiriləcək I mərhələsində idmançılar mürəkkəblik üzrə, 30 yanvar 2011-ci il tarixində keçiriləcək II mərhələsində isə sürət üzrə özlərini sınayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR