Azərbaycan yığmasına ukraynalı idmançı cəlb edilib

Azərbaycan yığmasına ukraynalı idmançı cəlb edilib
# 31 mart 2011 08:57 (UTC +04:00)
Bakı – APA. Qadınlardan ibarət ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının heyətinə yeni legioner cəlb edilib. Bu barədə apasport.az saytına Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov verib.

Onun sözlərinə görə, ukraynalı Yuliya Dovqal bundan sonra Azərbaycan bayrağı altında çıxış edəcək. 75 kq çəki dərəcəsindən yuxarı çəkidə mübarizə aparan yeni legioner Avropanın və dünyanın güclü atletlərindən hesab olunur.

Qeyd edək ki, 27 yaşlı Dovqal Ankarada keçirilən son dünya çempionatında 7-ci yeri tutub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR