Penitensiar Xidmətin rəisi BQXK Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Penitensiar Xidmətin rəisi BQXK Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
# 08 noyabr 2016 14:33 (UTC +04:00)

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Sesseranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nazir müavini Azərbaycanda son illərdə penitensiar sistemin və infrastrukturunun müasirləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının genişləndirilməsi üzrə həyata keçirilən işlər barədə məlumat verib. Azərbaycanın penitensiar sistemində aparılan islahatlara mötəbər beynəlxalq təşkilatlar, o cümlədən BQXK tərəfindən göstərilən dəstəyə yüksək dəyər verildiyini vurğulayaraq, Komitə ilə 20 ildən artıq tarixi olan əməkdaşlığın parlaq nəticələrinin göz qabağında olduğunu bildirib.


BQXK ilə razılaşmaya əsasən 06-07 oktyabr 2016-cı il tarixlərdə Komitənin Azərbaycan Nümayəndəliyi rəhbərlərinin bilavasitə iştirakı ilə Ədliyyə Akademiyasında Penitensiar Xidmətin işçi heyəti üçün keçirilən təlimin nəticələri də görüşdə yüksək qiymətləndirilib.


BQXK-nın Azərbaycanla ədliyyə sahəsində qarşılıqlı fəaliyyətinin uğurlu nəticələrini qeyd edən E.Sessera ölkəmizdə çalışdığı müddətdə Ədliyyə Nazirliyi ilə məhsuldar və yüksək səviyyədə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.


Nümayəndəliyin rəhbəri Müdafiə Proqramının Koordinatoru Martin Kelemenisin fəaliyyət müddətinin başa çatması ilə bağlı yeni təyin olunan koordinator Claudia Niedereri xidmət rəhbərliyinə təqdim edib.



1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR