BMT Dəməşqdəki Rusiya səfirliyinin atəşə tutulmasını pisləyib

BMT Dəməşqdəki Rusiya səfirliyinin atəşə tutulmasını pisləyib
# 29 oktyabr 2016 04:30 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası Suriyanın paytaxtı Dəməşqdəki Rusiya səfirliyinin minaatanlardan atəşə məruz qalmasını pisləyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT TŞ-nin Rusiyanın təşəbbüsü ilə qəbul etdiyi bəyanatda bildirilir.

Bəyanatda bildirilir ki, diplomatik missiyalarına hücum beynəlxalq hüquqla qadağan edilib.

“Təhlükəsizlik Şurasının üzvləri Dəməşqdəki Rusiya səfirliyinin atəşə tutulmasını qətiyyətlə pisləyib, onun beynəlxalq diplomatik normalara, o cümlədən 1961-ci il Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası və 1963-cü il Konsulluq əlaqələr haqqında Vyana Konvensiyasına zidd olduğunu xatırladıblar”, sənəddə vurğulanıb.

Bəyanatda həmçinin qeyd olunub ki, atəş nəticəsində səfirliyə ciddi maddi ziyan dəyib.

Xatırladaq ki, oktyabrın 28-də Dəməşqdə Rusiya səfirliyi minaatanlardan atəşə tutulub. Hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR