Qəbələdə İspaniyanın “Kastro Romero Flamenko” ansamblının konserti olub

Qəbələdə İspaniyanın “Kastro Romero Flamenko” ansamblının konserti olub
# 31 iyul 2016 19:42 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun tədbiri olan Qəbələ VIII Beynəlxalq Musiqi Festivalı yerli və xarici tamaşaçılara unudulmaz anlar yaşatmaqda davam edir.

APA-nın yerli bürosunun xəbərinə görə, festivalın proqramına uyğun olaraq iyulun 31-də Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı parkda quraşdırılan səhnədə İspaniyanın “Kastro Romero Flamenko” ansamblının möhtəşəm konserti olub.

Tanınmış xoreoqraf Kastro Romeronun rəhbərliyi ilə yaradılan ansambl tamaşaçılar qarşısında flamenqo sənətini və yüksək keyfiyyətə malik teatr tamaşalarını təqdim edib. İspaniyada ən tanınmış flamenko rəqqasları və xoreoqraflardan ibarət qrupu olan “Kastro Romero Flamenko”nun üzvləri dünyanın ən nüfuzlu səhnələrinin baş rəqqasları kimi şöhrət qazanıblar və bir neçə beynəlxalq mükafata layiq görülüblər.

Maraqlı performanslarını tamaşaçılara təqdim edən Joze Maria Uriarte (zərb alətləri), Joze Maria Romero (rəqqas), Rikardo Kastro Romero (rəqqas), Karmen Maria İglesias Siles (rəqqasə), Daniel Yague İnglada (gitara), Alberto Funes Arjona (vokal), Rosario Kastro Romero (rəqqasə) və Kristal Munoz Jimenezin (rəqqasə) möhtəşəm ifası böyük marağa səbəb olub. Qəbələ səhnəsində qaraçıların çılğınlığı və ehtirası ilə musiqi, ruh, rəqs və qüvvənin mükəmməl simbiozu nümayiş olunub. Yüksək ifa tərzi ilə dünyada tanınan “Kastro Romero Flamenko” Ansamblı konsertdə yerli və xarici tamaşaçıların rəğbətini qazanıb və alqışlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR