Futzal üzrə Azərbaycan millisi dünya çempionatının ¼ finalında məğlub olub

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının ¼  finalında məğlub olub
# 26 sentyabr 2016 02:36 (UTC +04:00)

Bakı-APA. Kolumbiyada keçirilən  futzal üzrə dünya çempionatında 1/4 final mərhələsinin növbəti oyunları keçirilib.

 

APA-nın məlumatına görə, tarixində ilk dəfə dünya çempionatında çıxış edən  Azərbaycan millisi yarımfinala vəsiqə uğrunda Portuqaliya ilə qarşılaşıb.

 

Kali şəhərində baş tutan görüşdə rəqibinə 2:3 hesabı ilə məğlub olan komandamız turnirdə mübarizəni dayandırıb. 

 

Portuqaliya futzalçıları dünya çempionatının yarımfinalında  Argentina  yığması ilə qarşılaşacaq. Digər yarımfinalda Rusiya və İran milliləri güclərini sınayacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR