® Qızmar Bakıdan sərin Riqa tətilinə....

<font color=red>® </font>Qızmar Bakıdan sərin  Riqa tətilinə....
# 05 iyul 2016 08:00 (UTC +04:00)

Səhiyyə bu gün Latviyanın ən çox inkişaf etmiş, Avropa standartlarında fəaliyyət göstərən və qürur duyduğu sahələrdən biridir. Latviya özünün səhiyyə turizmini ölkənin tanıtım siyasətində prioritet sahələrdən biri kimi qəbul edir və bu istiqamətdə hər il müxtəlif layihələr həyata keçirilir. Elə “Riqa tətili” layihəsi də bu məqsədlə yarandı. Beləliklə, Azərbaycandan 2 tanınmış media nümayəndəsi, bir həkim-psixiatrın Baltik sahillərinə səfəri başladı. Qonaqlar “Riqa tətili” layihəsi çərçivəsində Latviyadakı çoxsaylı klinikalar, sanatoriyalar, reabilitasiya mərkəzlərini ziyarət edib və dünya şöhrətli həkimlərlə tanış olublar.

“Riqa tətili” layihəsinin komandasında kimlər var: neçə-neçə sevilən radio və televiziya verilişlərinin müəllifi Rahib Azəri, “Evrovision 2012” musiqi yarışmasının aparıcısı, hal-hazırda da teleməkanımızın sayılıb-seçilən simalarından biri olan Leyla Quliyeva və həkim- psixiatr, psixoloji treninqlər sahəsində tanınmış mütəxəssis Həlimə Qəmərlinskaya.

Latviya Avropa ölkəsi olmasına baxmayaraq həm tibbi xidmətlər, həm də yaşayış və qidalanma bu ölkədə digərlərindən qat-qat ucuzdur. Hər il keçmiş Sovet Respublikalarından minlərlə insan Latviyanın səhiyyəsindən yararlanır. Onkoloji, ürək- damar problemləri, uşaq xəstəlikləri kimi geniş yayılmış, yeni yanaşma və son texnoloji yeniliklər tələb edən sahələrin müayinə, müalicə və reabilitasiyası istiqamətində Latviya mütəxəssisləri böyük uğurlara imza atırlar. Həmin həkimlərin təcrübəsi bütün Avropada öyrənilir və geniş tətbiq edilir.

“Riqa tətili” layihəsi çərçivəsində məşhurlar Latviyanın səhiyyəsi, bu ölkənin səhiyyə turizminin potensialı ilə sizi tanış edir. Elə qrup Latviyada olanda “Riqa tətili”, «Рижские каникулы» adlı Facebook səhifəsi yaradıldı. Səfər zamanı bütün klinikalar, həkimlər haqqında məlumatları, foto və video materialları, səfər iştirakçılarının təəsüratları bu səhifədə yerləşdirilir. Layihənin veb səhifəsi də var: www.latviya.az. Youtube kanalı da fəaliyyətdədir. “Riqa tətili”, «Рижские каникулы» adı ilə axtarış verib kanala abunə olun və səfər çərçivəsində hazırlanmış bütün video materialları izləyin.

Məşhurlarımızın Latviyaya səfəri “Beynəlxalq rəqabətədavamlılığın möhkəmləndirilməsi” Avropa Fondunun layihəsi çərçivəsində reallaşıb.

Səfərin tərəfdaşları: Airbaltic, Latviya İnvestisiya və İnkişaf Agentliyi, BalticCare, HealthTravelLatvia.

Əlavə məlumat: www.latvia.az

+994554494141

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR