2022-ci ildən bəri Rusiya vətəndaşları Gürcüstanda 1 550 şirkət qeydiyyatdan keçirib

2022-ci ildən bəri Rusiya vətəndaşları Gürcüstanda 1 550 şirkət qeydiyyatdan keçirib
# 06 dekabr 2023 12:05 (UTC +04:00)

Ukraynada müharibənin başladığı 2022-ci il fevralın 24 tarixindən sonra Gürcüstana daimi və ya müvəqqəti yaşayış icazəsi ilə gələn Rusiya vətəndaşları tərəfindən 1 550 şirkət qeydiyyatdan keçirilib.

APA-nın Tbilisi müxbiri “Commersant.ge” nəşrinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, sözügedən şirkətlərin təsis olunmasında Rusiya Federasiyasının vətəndaşı olan 1 957 nəfər iştirak edib və mülkiyyət hüququ onlara məxsusdur.

Ümumilikdə isə sözügedən dövr ərzində 25 689 Rusiya vətəndaşı Gürcüstanda fərdi sahibkar kimi qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR