ABŞ və İsveç Müdafiə Sahəsində Əməkdaşlıq Sazişi imzalayıb

ABŞ və İsveç Müdafiə Sahəsində Əməkdaşlıq Sazişi imzalayıb
# 06 dekabr 2023 11:27 (UTC +04:00)

ABŞ və İsveç Müdafiə Sahəsində Əməkdaşlıq Sazişi (Defence Cooperation Agreement) imzalayıb.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.

Bəyanatda deyilir ki, İsveçin NATO Alyansına üzvlüyünün təsdiq olunmasından öncə belə bir sazişin imzalanması Krallığın Alyansla hərbi əməkdaşlığını gücləndirir:

“İsveçin Alyansa üzvlüyü bizim kollektiv müdafiəmizi gücləndirəcək və Avro-Atlantik məkanda təhlükəsizlik çağırışlarına cavab vermək qabiliyyətimizi artıracaq”.

Qeyd olunub ki, razılaşma nəticəsində Vaşinqton Krallıqda 17 hərbi obyektə çıxış əldə edəcək və ABŞ Silahlı Qüvvələrinin təlim poliqonlarına, hərbi düşərgələrə, dəniz və hava limanlarına çıxışı təmin ediləcək.

Həmçinin əlavə olunub ki, Sazişin İsveç parlamenti tərəfindən gələn il ratifikasiya ediləndən sonra qüvvəyə minməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR