ABŞ və Rusiya bu gün BƏM-də İsrailin Fələstin ərazilərini işğalı ilə bağlı arqumentlərini təqdim edəcək

ABŞ və Rusiya bu gün BƏM-də İsrailin Fələstin ərazilərini işğalı ilə bağlı arqumentlərini təqdim edəcək
# 21 fevral 2024 10:59 (UTC +04:00)

ABŞ və Rusiya bu gün Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) İsrailin Fələstin ərazilərini işğalı ilə bağlı arqumentlərini təqdim edəcək.

APA “Reuters”ə istinadən xəbər verir ki, 2022-ci ildə BMT Baş Assambleyası BƏM-dən işğalın hüquqi nəticələri ilə bağlı məcburi olmayan rəy verməsini istəyib.

İsrail BƏM-ə təqdim etdiyi yazılı şərhlərində məhkəmənin prosesdə iştirakının münaqişənin müzakirə yolu ilə həllini zədələyəcəyi qeyd edilib.

ABŞ 2022-ci ildə BƏM-in məsələyə rəy bildirməsinə qarşı çıxıb. Vaşinqtonun bu gün də BƏM-in işğalın hüquqiliyi ilə bağlı qərar verə bilməyəcəyinə dair arqumentlərini gətirəcək.

Fevralın 26-dək 50-dən çox ölkə məsələ ilə bağlı öz arqumentlərini məhkəməyə təqdim edəcək. Bu gün ABŞ və Rusiya ilə yanaşı Misir və Fransanın da çıxışı gözlənilir.

Bazar ertəsi hakimlərdən Fələstin ərazilərinin İsrail tərəfindən işğalının qanunsuz olduğunu bəyan etməsini istəyən Fələstin nümayəndələri bu rəyin ikidövlətli həllə nail olunmasına yardım edə biləcəyi qeyd ediblər.

Ötən gün Cənubi Afrika Respublikası da daxil olmaqla 10 ölkə İsrailin işğal altındakı Fələstin ərazilərdəki fəaliyyətlərinə qarşı son dərəcə tənqidi çıxış ediblər və onlardan bir çoxu məhkəməni işğalı qanunsuz elan etməyə çağırıblar.

Hakimlərin öz qərarlarını elan etməsi təxminən 6 ay çəkəcəyi bildirilir.

Qeyd edək ki, İsrail 2004-cü ildə Beynəlxalq Ədalət Məhkəməsinin İordan çayının qərb sahilində ayırıcı divarın beynəlxalq hüquqa zidd olduğunu və sökülməsini tələb edən qərarını rədd edib, əksinə divarı genişləndirilib.
Hazırlı dinləmələrin Qəzzadakı müharibəsi ilə bağlı İsrailin üzləşdiyi siyasi təzyiqi artıracağı bildirilir. Qəzzanın səhiyyə rəsmiləri artıq 29 min fələstinlinin öldürüldüyünü açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR