Zaporojye Atom Elektrik Stansiyasına pilotsuz uçuş aparatından endirilən zərbələr bu nüvə obyektinin təhlükəsiz fəaliyyətinə təsir etməyib.
APA-nın xəbərinə görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Qrossi deyib.
Bununla belə o, analoji hücumların yolverilməz olduğunu bildirib və tərəfləri belə addımlardan çəkinməyə çağırıb:
“Analoji adımlar istənilən halda qəza təhlükəsi yaradır və nüvə partlayışı riskini artırır. Buna görə də biz tərəfləri hücumları dərhal dayandırmağa çağırırıq”.