Aİ 2025-ci ildən etibarən Ukrayna qazının tranzitindən imtina edəcək

Aİ 2025-ci ildən etibarən Ukrayna qazının tranzitindən imtina edəcək
# 05 mart 2024 03:30 (UTC +04:00)

Avropa İttifaqı 2025-ci ildən Ukrayna qazının tranzitindən imtina edəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson Aİ Şurasının energetika nazirləri səviyyəsində keçirilən iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

Bildirilib ki, Avropanın qaz ehtiyatlarını saxlamaq üçün Ukraynanın qaz nəqli sistemindən, xüsusən də qaz anbarlarından istifadə davam etdiriləcək.

Simsonun sözlərinə görə, Avropa Komissiyası Ukraynanın qaz nəqli sistemi vasitəsilə, məsələn, “Rusiya qazından tamamilə imtina etmək niyyətində olan” Moldovaya əks tədarük üçün müxtəlif layihələri nəzərdən keçirir.

O qeyd edib ki, Aİ ölkələri arasında Rusiya maye qazın Aİ ölkələri tərəfindən alınmasına qadağa qoyulmasına “yekdil dəstək yoxdur”.

Avropa komissarının sözlərinə görə, 2027-ci ilə qədər qazın və hər hansı digər klassik yanacağın Rusiyadan tamamilə çıxarılması vəzifəsi "RePowerEU" proqramında öz əksini tapıb.

Avropa Komissiyası bu vəzifənin icrasını davam etdirmək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR