Aİ sabah İranla bağlı vəziyyəti müzakirə edəcək

Kaya Kallas, Avropa İttifaqının  Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi

© APA | Kaya Kallas, Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi

# 22 iyun 2025 11:41 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-ın zərbələrindən sonra bütün tərəfləri geri çəkilməyə çağırıb.

APA xəbər verir ki, bu barədə diplomat “X” hesabında bildirib.

Kaya Kallas qeyd edib ki, Aİ xarici işlər nazirləri sabah İranla bağlı vəziyyəti müzakirə edəcək.

“İranın nüvə silahı yaratmasına icazə verilməməlidir, çünki bu, beynəlxalq təhlükəsizliyə təhdid ola bilər. Mən bütün tərəfləri geri çəkilməyə, danışıqlar masasına qayıtmağa və gərginliyin daha da artmasının qarşısını almağa çağırıram”, - Kallas qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR