Aİ XİN rəhbərləri Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarına gəlib

Aİ XİN rəhbərləri Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək qərarına gəlib
# 20 may 2025 20:38 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların ləğv edilməsi barədə qərar qəbul ediblər.

APA xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas açıqlama verib.

“Bu gün Suriyaya qarşı iqtisadi sanksiyalarımızı ləğv etmək qərarına gəldik. Biz Suriya xalqına yeni, əhatəli və dinc Suriyanın yenidən qurulmasına kömək etmək istəyirik”, - Kallas bildirib.

O əlavə edib ki, Aİ son 14 il ərzində hər zaman suriyalıların yanında olub və bu dəstəyini davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR