Ali Rada dövlət büdcəsinin 12 milyard dollar artırılmasına səs verib

Ali Rada dövlət büdcəsinin 12 milyard dollar artırılmasına səs verib
# 18 sentyabr 2024 13:48 (UTC +04:00)


Ukrayna Ali Radası dövlət büdcəsinin müdafiə və hərbi ehtiyaclara xərclənməsi üçün 12 milyard dollar artırılmasını dəstəkləyib.

APA xəbər verir ki, bu barədə “The Kyiv İndependent” məlumat yayıb.

Büdcə artımının lehinə ümumilikdə 298 deputat, əleyhinə isə heç bir deputat səs verməyib.

Deputat Yaroslav Jelezniak “Telegram”da builki xərclərin rekord 89,8 milyard dollar təşkil etdiyin bildirib.

Qeyd edək ki, Ali Radanın Büdcə komitəsi müdafiə xərclərinin artırılması ilə bağlı qanun layihəsini sentyabrın əvvəlində tövsiyə etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR