Almaniya kəşfiyyatı ölkədə hücum riskinin yüksək olduğunu bildirib

Almaniya kəşfiyyatı ölkədə hücum riskinin yüksək olduğunu bildirib
# 29 noyabr 2023 17:28 (UTC +04:00)

Almaniyanın daxili kəşfiyyat xidməti İsrail və HAMAS arasında müharibə səbəbiylə ölkədə islamçıların hücumlarının “real” və “uzun müddətdən bəri ən yüksək” risk səviyyəsində olması barədə xəbərdarlıq edib.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın daxili kəşfiyyat xidmətinin rəhbəri Tomas Haldenvanq mətbuata açıqlamasında bildirib.

"Təhlükə realdır və uzun müddətdir ki, bu qədər yüksək deyildi. Biz Əl-Qaidə və İŞİD-ə Yaxın Şərq münaqişəsinə qoşulmaq üçün çağırışlar eşidirk", o deyib.

Almaniyanın daxili kəşfiyyat xidməti xəbərdarlıq edib ki, İsrail və HAMAS arasındakı müharibə ölkənin antisemit qrupları arasında yeni ittifaqlar yaradır və hücum riskini artırır.

"Antisemitizm və İsrailə qarşı düşmənçilik islamçılar, alman və türk sol-sağ ekstremistləri və ekstremist Fələstin təşkilatlarına mənsub şəxslər arasında birləşdirici elementdir. İsrailin düşmən kimi ümumi konsepsiyası bu oyunçuların bəziləri arasında köhnə və yeni əlaqələr yaradır ki, bu da gələcəkdə bəzi hallarda daha güclü əməkdaşlığa səbəb ola bilər".

O əlavə edib ki, sol və sağçı ekstremist qruplar daxildə İsrail və Fələstin tərəfdarı mövqelər var, bəzi sağçı ekstremistlər mövcud vəziyyətdən müsəlmanlara və miqrantlara qarşı təbliğat aparmaq üçün istifadə edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR