Almaniya Prezidenti Qətərdə təyyarədən enmək üçün yarım saat gözləməli olub

Almaniya Prezidenti Qətərdə təyyarədən enmək üçün yarım saat gözləməli olub
# 30 noyabr 2023 10:30 (UTC +04:00)

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Qətərə səfəri zamanı hava limanında təyyarədən enmək üçün yarım saat gözləməli olub.

APA xəbər verir ki, bu barədə “Deutsche Welle” alman nəşri yazıb.

Nəşrin sözlərinə görə, Almaniya Prezidentini qarşılamaq üçün hava limanı tam hazır vəziyyətdə olub. Almaniyanın Qətərdəki səfiri də Ştaynmayeri qarşılamaq üçün hava limanına gedib.

Prezidentin gözləməsinə səbəb isə Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxinin 30 dəqiqə gecikməsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR