Almaniya Ukraynaya hərbi yardımın həcmini 400 milyon avro artıracaq

Almaniya Ukraynaya hərbi yardımın həcmini 400 milyon avro artıracaq
# 09 oktyabr 2024 10:58 (UTC +04:00)

Almaniya hökuməti Ukraynaya əlavə 400 milyon avro hərbi yardım ayırmaq niyyətindədir.

APA-nın xəbərinə görə, bunu RND nəşrinə müsahibəsində Almaniya Ordusnun Baş Qərarhah rəisi, general-mayor Kristian Froydinq deyib.

O bildirib ki, artıq Bundestaq layihəni təsdiqləyib.

K.Froydinqin sözlərinə görə, bununla da Ukraynada 2024-cü il ərzində ümumi həcmi 1,4 milyard dollar təşkil edən 50 layihənin maliyyələşdirilməsinə dəstək təmin olunacaq.

Almaniya ordusunun rəsmisi Ukrayna ordusunun silah-sursatla təchizatında əhəmiyyətli irəliləyişin əldə olunduğunu da açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR